Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Ann.az-ın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti