Ərdoğan: "Afrin axşama qədər alınacaq"

Ərdoğan: "Afrin axşama qədər alınacaq"

Ərdoğan:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin şəhərində həyata keçirilən anti-terror əməliyyatı barədə açıqlama verib.

ANN.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan "Afrində 3444 terrorçu zərərsizləşdirilib. Afrinə biraz daha yaxınlaşmışıq. Ümid edirəm ki, axşama qədər şəhərdə nəzarəti təmin edəcəyik" deyə bildirib.

Qeyd edək ki, Afrində PKK-PYD və İŞİD terrorçularına qarşı Türkiyə ordusu ilə Azad Suriya Ordusu əməliyyat keçirir. Şəhər mərkəzi bir neçə gündür mühasirədədir.

www.ann.az

Xəbər lenti