Ənvər Əsgərovun Bakıda baş tutan şəxsi sərgisi - REPORTAJ

Ənvər Əsgərovun Bakıda baş tutan şəxsi sərgisi  - REPORTAJ
Rüstəm Qasımov  

Bir neçə gün bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar Birliyinin üzvü Ənvər Əsgərovun 75 illiyi münasibəti ilə sərgisi keçirilib. 

Qeyd edim ki, rəssam Əsgərov öz yaradıcılığı müddətində çoxsaylı mükafatlar, premyalar qazanıb. 1994-cü ildə o, Soltan Məhəmməd mükafatına layiq görülüb. 

Ənvər Əsgərov həm Azərbaycanda, həm də dünyada keçirilmiş bir çox sərgidə iştirak edib. Onun rəsmləri Azərbaycanın və Rusiyanın muzeyləri və Böyük Britaniya, Türkiyə, İsveçrə, ABŞ, Rusiya və Azərbaycanın şəxsi kolleksiyaçılarında saxlanılır. Ənvər Əsgərovun 1995, 2003 və 2010-cu ildə şəxsi sərgiləri keçirilib.




Bu dəfəki sərgi "Urbi et Orbi” adlanırdı. Sərgidə Rəssamlar Birliyinin nümayəndəsi Fərhad Xəlilov, qurumun katibi Ağali İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qalib Qasımov və əməkdar rəssam Tair Məmədov iştirak edirdi. 

Tədbirə mərhum Ənvər Əsgərovun həyat yoldaşı da qatılmışdı. Orada iştirak edən vacib insanlardan biri "Nə?, Harada? Necə?”  televiziya verilişinin məşhur oyunçusu, Ənvər Əsgərovun oğlu Rövşən Əsgərov da var idi. 






Sərgi yüksək səviyyədə keçirildi. Mövcud olan beş zalda rəssamın 75 əl işi sərgilənirdi. Tədbirdə kvartet öz musiqisi ilə günün gedişinə xüsusi gözəllik verirdi. 

Ənvər Əsgərov yaradıcılığının ilk dövrlərində industirial mənzərələr çəkirdi. Onun neft istehsal edən Bakısı o qədər lirik və zərif idi ki, rəssamın əl işləri Bakının vizit kartına çevrilmişdi. Rəssamın 1973-cü ildə çəkdiyi "Abşeronun orqanı” rəsm əsəri gənclərin jurnalı olan "СМЕНА”nın üz qabığını bəzəyirdi. 




Qeyd etdiyim kimi sərgi beş zalda keçirilirdi. Birinc zal "Abşeron rapsodiyası” adlanırdı. Rəssam Əsgərov Abşeronun qumsallığını, dənizi, Bakının son dərəcə tanış rayonları olan Bilgək, Nardaran, Buzovna və s.  təsvir edirdi. 

İkinci zal "Ustalar şəhəri” adlanırdı. Burada rəssam məşhur şəxslərə həsr olunmuş rəsmlərini sərgiləyirdi. Onların arasında Murad Əşrəf, Tofiq Cava, Vinsent Van Qoq, Qoqen, Salvador Dali var idi. Bu zalda sərgilənən rəsmlərin adı belə idi: "Keçmiş rəssamların xatirəsi”, "Musiqidə ərimə”, "Tofiq Cavada həsr olunur”. Ənvər Əsgərovun xanımının ən çox xoşuna gələn rəsm əsəri isə "Cənab Qoqen, sizin itiniz buradadır” adlanır. 






Üçüncü zal "Meşə nağılları” adlanırdı. Burada mənzərələr, vadilər, parklar, düzənliklər – "Park labirinti”, "Alleya” rəsmləri ilə sərgilənirdi. 

Dördüncü zal "Yaradıcı mətbəxt” adlanırdı. Burada rəssamın "Badımcanlar və pomidorlar”,  "Kompozisiya” və s. adlı rəsmləri sərgilənirdi. Qeyd edim ki, bu natürmortlar rəssamın yaradıcılğında xüsusi yer tuturdu. Bu rəsmlər onun yaradıcılğında ayrıca parlaq dövrü əhatə edir. Rəsmlər içərisində ən çox diqqət çəkənlərdən biri "İlin vaxtı” adlanırdı. 






Axırıncı zalda "Təsəvvürün oyunu” adlanırdı və bu rəsmlər həndəsəyə həsr olunmuşdu. 

Post-sovet dövründə Ənvər Əsgərovun əsərlərində dəyişiklik baş verdi və onun yaradıcılığında həndəsi natürmortlar yaranmağa başladı. Bunların sırasında "Oyun”, "Musiqi anı”, "Dalğalı düşüncələr”,  "Rola daxil olan” var idi. Hər bir rəsm əsərində xüsusi məna olduğundan onlara uzun zaman baxmaq lazımdır. Rəssamın əsərlərində mürəkkəb həndəsi fiqurları necə dəqiqlik və simmetrik şəkildə verə bilməsi heyrət doğurur. 

Qeyd etmək lazımdır ki, rəssamın əsərləri təkcə öz süjeti, rənglərin qamması ilə fərqlənmir, həm də öz qabaritləri ilə diqqət çəkir. Əsgərovun çəkdiyi rəsmlər arasında kiçik həcmlilərə rast gəlmək olmur. Rəssamın əsərləri kifayət qədər iri həcmlidir: 110х140, 137х160, 170х142, 70х150.  Sərgidə 2007-ci ildən 2014-cü ilə qədər olan müxtəlif rəsmlər sərgilənirdi. Axırıncı rəsm əsəri "Badımcanlar və pomidorlar” 2014-cü ildə çəkilib. Həmən ilin dekabr ayında rəssam həyatdan köçüb. 

Dilarə Baqabova rəssamın yaradıcılığını belə qiymətləndirir: "Ənvər Əsgərovun rəsmlərə mənə sehrli yuxuları xatırladır, sanki kraliça Alisa kimi rahat və asan şəkildə ora köçə bilirsən. Onun meşəliyində sən asanlıqla çeşir pişiyinə və qara qaza rast gələ bilərsən”. 

Qeyd etmək vacibdir ki, Əsgərovun rəsm əsərləri müasir dünya üçün də aktualdır. Onun rəsmləri günün tələblərinə cavab verir. 2012-ci ildə Böyük Britaniyada keçirilən  «Fly to Baku» rəsm sərgisində onun əsərləri xüsusi diqqət cəlb etmişdi. 

"Nə? Harda? Necə?” verilişinin iştirakçısı Maksim Potaşeyev deyir: "Mən bu rəssamın yaradıcılığından elə xoşum gəlir ki, onun əsərlərində gizli mənanı tapmağı sevirəm. Onun rəsmlərdə sərgilədiyi gizli mənalar Vladimir Varoşilovun tapmacalarını xatırladır. Qeyd edim ki, onun öz də ixtisasca rəssam idi. Ənvər Əsgərovun rəsmlərindən birini, mütləq  öz kabinetimdən asacam” 

Fotalar Lyubov Qasımovanındır



www.ann.az

Xəbər lenti