Çempionlar Liqasında IV turun oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında IV turun oyunları keçirilib - NƏTİCƏLƏR
1/8 finalın ilk iştirakçıları bəlli olub

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında yer alan komandalar növbəti oyunlarına çıxıblar.
 
A qrupunun liderləri "Real” və PSJ münasibətlərinə aydınlıq gətiriblər. Hər iki komandanın aktivində 7 xal olduğundan, bu qarşılaşma bir növ liderin müəyyənləşməsi baxımından önəmli idi. Qaret Beyl, Kərim Benzema kimi aparıcı futbolçulardan məhrum olan "kral klubu" heyətdəki əskiklərə baxmayaraq, minimal hesablı qələbə qazanıb.
 
"Şaxtyor” İsveçdə məğlub olduğu "Malmö”nü meydana çıxmağa peşman edib. Bu matçda "Şaxtyor"un qələbə qazanması ilə, "Real" 1/8-ə çıxmağı dəqiqləşdirib.
 
"Volfsburq” bu oyuna qədər 3 xalla sonuncu sırada qərarlaşmış PSV-nin qonağı olub. Hollandiyalılar 2 cavabsız qolla qalib gəlib. "Mançester Yunayted” isə Moskva MOİK-ni qəbul edib. İngilislər öz meydançalarında minimalhesablı qələbə qazanaraq liderliyə yüksəliblər.
 
C qrupunda da liderlə sonuncu pillədəki komandalar qarşılaşıblar. "Atletiko” "Astana” səfərində xal itirib. Qrup üçüncüsü "Qalatasaray” isə "Benfika”ya məğlib olub.
 
D qrupunda "Yuventus” Mönhenqladbax "Borussiya”sı ilə xalları yarı bölüb. "Mançester Siti” isə İspaniyada "Sevilya"nı məğlub edib. "Şəhərlilər" qrupdan çıxmağı təmin ediblər.
 
 
UEFA Çempionlar Liqası, Qrup mərhələsi
IV tur
3 noyabr
 
A qrupu
 
"Real” (İspaniya) – PSJ (Fransa) - 1:0
Qol: Naço, 35
 
"Şaxtyor” (Ukrayna) – "Malmö” (İsveç) - 4:0
Qollar: Qladki, 29, Srna, 48, Alves, 55, Teyşeyra, 73
 
 
B qrupu
 
PSV (Hollandiya) – "Volfsburq” (Almaniya) - 2:0
Qol: Lokadia, 56, de Yonq, 86
 
"Mançester Yunayted” (İngiltərə) – MOİK (Rusiya) - 1:0
Qol: Runi, 79
 
 
 C qrupu
 
"Astana” (Qazaxıstan) – "Atletiko” (İspaniya) - 0:0
 
"Benfika” (Portuqaliya) – "Qalatasaray” (Türkiyə) - 2:1
Qollar: Conas, 52, Luizao, 67 - Podolski, 58
 
 
D qrupu
 
"Borussiya” (Mönhenqladbax, Almaniya) – "Yuventus” (İtaliya) - 1:1
Qollar: Conson, 18 - Lixtştayner, 44
 
"Sevilya” (İspaniya) – "Mançester Siti” (İngiltərə) - 1:3
Qollar: Tremulinas, 24 - Sterlinq, 8, Fernandinyo, 11, Boni, 36

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti