Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Ann.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçiriləcək.

"Real” "Bavariya”nı qəbul edəcək. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real” ardıcıl 3-cü dəfə finala adlamağa çox yaxındı. Lakin almanlar da təslim olmaq fikrində deyillər. Yupp Haynkesin yetirmələri səfərdə qalib gəlib, həlledici matça vəsiqə əldə etmək niyyətindədi.

Hər iki komanda oyuna ideal heyətlə çıxa bilməyəcək. İspanlarda, xüsusən də, müdafiənin sağ cinahındakı problem baş məşqçi Zinəddin Zidanı narahat edir. Belə ki, həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadı. Eyni zamanda yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.

"Bavariya”da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Həmçinin Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının rekordçusudu. Son 4 mövsümdə 3 dəfə çempion olan "Kral Klubu" ümumilikdə 15 dəfə final oynayıb və 12 halda kuboka sahib çıxıb. 

Onu da qeyd edək ki, ikinci finalçı sabah keçiriləcək "Roma" - "Liverpul" oyununda müəyyənləşəcək. İngilislər ilk matçda 5:2 hesablı qələbə qazanıb.

Çempionlar Liqası
Yarımfinal 
Cavab oyunları

1 may
22.45 Real (İspaniya) - Bavariya (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
İlk oyun - 2:1.
Madrid. "Santyaqo Bernabeu” stadionu.

www.ann.az

Xəbər lenti