Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.

Ann.az xəbər verir ki, İngiltərədə təşkil olunacaq matçda "Liverpul" "Barselona"nı qəbul edəcək. "Mersisaydlılar" səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. 

Amma "Liverpul" oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, zədəli Nabi Keyta, Roberto Firmino və Məhəmməd Salah kataloniyalılara qarşı oynamayacaq. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadı.

Qonaqların heyətində isə yeganə itki ötən həftəsonu "Selta" ilə matçda zədələnmiş Osman Dembeledi. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə "Enfild"də çıxış edəcək. 

Cari mövsümdə "Liverpul" ÇL-də doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Katoloniyalılar isə ümumiyyətlə, məğlub olmayıb. "Liverpul" və "Barselona" komandaları "Enfild" stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də katoloniyalılar, 1-də mersisaydılar qələbə qazanıb.

Çempionlar Liqası 
Yarımfinal
Cavab oyunu 

7 may 
23.00 Liverpul (İngiltərə) - Barselona (İspaniya)
Baş hakim: Cünyet Çakır (Türkiyə).
Liverpul. "Enfild" stadionu.

www.ann.az

Xəbər lenti