Çempion məşqçi “Xəzər-Lənkəran”da

Çempion məşqçi “Xəzər-Lənkəran”da

Mustafa Dənizli bu gün Lənkərana gəlib.

Gün.Az xəbər verir ki, “Xəzər-Lənkəran” klubu Topaz Premyer Liqasındakı uğursuz nəticələrdən sonra istefa verən Con Toşakı yerinə tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizlini gətirəcək.

64 yaşlı türkiyəli məşqçi Azərbaycan mediasına açıqlamasında bildirib ki, hazırda işlər müsbətə doğru gedir:

“İlkin anlaşma var. 3-4 gün öncə “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşdüm. Ümumi danışdıq. Bir fürsət olarsa, Türkiyə və Azərbaycan futbolu arasında əlaqələrin daha da inkişafında missiyaçı da ola bilərik. Türkiyə futbolunun təcrübəsinin köməyi olarsa, bu işi də yerinə yetirə bilərəm”.

Son məlumatlara görə artıq Mustafa Dənizli Azərbaycana gəlib. Onu Lənkəran aeroportunda “Xəzər-Lənkəran” klubunun direktoru Höccət Hacıyev qarşılayıb.

Qeyd edək ki, Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olub. 1988-ci ildə “Qalatasaray”, 2001-də “Fənərbaxça”, 2009-cu ildə isə “Beşiktaş” onun rəhbərliyi ilə Superliqanın qalibi olub.

ANN.Az

Xəbər lenti