Eminemin evi yıxıldı

Eminemin evi yıxıldı

ABŞ-ın hökümət nümayəndələri dünən Eminemin Detroytda yerləşən, yanğından zərə çəkmiş evini söküblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çox da böyük olmayan evin şəkli Eminemin yeni işıq üzü görmüş “The Marshall Mathers LP 2” albomunun üz qabığında əks olunub. 

Ev 1989-2003-cü illərdə Eminemin anası Debor Metersə məxsus idi. Sentyabr ayında həmin evin hərraca qoyulduğu haqqında məlumat yayılmışdı. Amma, hərracın nəticələri haqqında heç bir məlumat verilmədi.

Evin “eBay” internet-hərracında 500 min dollara satışa çıxarıldığı bildirilirdi. 

Bir neçə həftə əvvəl evin yuxarı mərtəbəsində yanğın baş verib və evə ciddi ziyan dəydiyi üçün Miçiqan ştatının orqanları onu qəzalı vəziyyətdə olduğu qənaətinə gəlib. 

Hazırda reper Miçiqanda çox da böyük olmayan, amma, gözəl bir evdə yaşayır.

ANN.Az

Xəbər lenti