Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olundu - Ağır cinayət

Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olundu - Ağır cinayət
Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Ann.az APA-a istinadən xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti