Elşən Gəncəvi seçicilərlə növbəti görüşlərini keçirir (FOTOLAR)

Elşən Gəncəvi seçicilərlə növbəti görüşlərini keçirir (FOTOLAR)
9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirir.

Ann.az xəbər verir ki, təbliğat-təşviqat zamanı regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlərini davam etdirir.

Görüşlər zamanı namizədin təbliğat-təşviqat materialları paylanılıb. Seçki prosesində vətəndaşların seçkidə iştirakının vacib olduğu vurğulanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya” kitabının yazarı, "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, "PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.























www.ann.az

Xəbər lenti