Elmar Məmmədyarov iki müavinini cəbhə bölgəsinə göndərdi (FOTOLAR)

Elmar Məmmədyarov iki müavinini cəbhə bölgəsinə göndərdi (FOTOLAR)
Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

XİN-in mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, səfərdə xarici işlər nazirinin müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olub. 

Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə qarşısında əklil qoyulmuş, Cəbrayıl rayonu icra hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilmiş, Cocuq Mərcanlı məscidinə baş çəkilmişdir. Eyni zamanda, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. Həmçinin, aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.

Ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan diplomatları tərəfindən hər zaman dəstəklənir və ölkəmizin maraqlarının beynəlxalq müstəvidə daima layiqincə qorunması istiqamətində davamlı addımlar atılır.
 









www.ann.az

Xəbər lenti