Elman Rüstəmov üç departament direktorunu vəzifəsindən çıxardı: Digərlərini isə...

Elman Rüstəmov üç departament direktorunu vəzifəsindən çıxardı: Digərlərini isə...
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov yeni kadr təyinatları aparıb.

"MediaPost”un məlumatına görə, E.Rüstəmov müvafiq əmri ilə 3 departament direktoru vəzifəsindən kənarlaşdırıb,  birinin yerini dəyişib, digər bir departamentə direktor müavini təyin edib.  

Mərkəzi Bankdan "MediaPost.az”un sorğusuna cavab olaraq bildirilib:

​1. Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Leyla Süleyman qızı Nəbiyeva 01.07.2020-ci il tarixindən Prudensial siyasət və metodologiya departamentinin direktoru vəzifəsinə təyin olunub. Onun yerinə təyinat olmayıb.

2. İnformasiya texnologiyaları departamentində direktor vəzifəsinə təyinat olmayıb. Həmin departamentin İnformasiya sistemlərinin təminatı şöbəsinin rəisi Anar Kazım oğlu Quliyev 01.06.2020-ci il tarixindən İnformasiya texnologiyaları departamentinin direktor müavini - İnformasiya sistemlərinin təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

3. Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamenti — təyinat olmayıb.

4. Maliyyə sabitliyi departamenti — təyinat olmayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti