Əli Nağıyev gürcü həmkarı ilə görüşdü (FOTO/VİDEO)

Əli Nağıyev gürcü həmkarı ilə görüşdü (FOTO/VİDEO)
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə görüşüb.

Ann.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı təhlükəsizlik məsələləri başlıca müzakirə mövzusu olub. Tərəflər eyni zamanda Gürcüstan və Azərbaycan arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud durumunu və persektivlərini müzakirə ediblər.

Qriqol Liluaşvili Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsindəki münasibətlərin dərinləşdirilməsinin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdən əvvəl Qriqol Liluaşvili və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü qəhrəmanlarının xatirəsinə ucaldılmış kompleksi və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, çələng qoyublar.







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti