Baş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi (YENİLƏNİB)

Baş Prokurorluq Əli Həsənovla bağlı açıqlama verdi (YENİLƏNİB)
KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb. İddia olunub ki, Ə.Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ann.az-a bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)  vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
 
09.22

"Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar".

Ann.az xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli qeyd edib.

O bildirib ki, Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: 

"Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti