“El” Hərəkatının Milli Şura ilə bağlı qərarı məlum oldu

“El” Hərəkatının Milli Şura ilə bağlı qərarı məlum oldu
 “El” Hərəkatı Milli Şura ilə bağlı qərar verib.APA-nın məlumatına görə, Milli Şurada qalıb-qalmamaqla bağlı qərar vermək “El” Hərəkatının Milli Şurada olan üzvlərinin ixtiyarına buraxılıb. Bu gün “El” Hərəkatı İdarə Heyətinin iclası keçirilməsə də, bu razılaşma “El” Hərəkatının sədri Eldar Namazovun “El” Hərəkatı İdarə Heyətinin üzvləri ilə ayrılıqda apardığı müzakirələr nəticəsində əldə olunub. Bu barədə qərarı açıqlamaq da E. Namazova həvalə edilib. “EL” Hərəkatı İdarə Heyətinin üzvü Zəfər Quliyev APA-ya açıqlamasında deyib ki, İdarə Heyətinin ötən həftə keçirilən iclasında belə razılığa gəlinib ki, İdarə Heyətinin iclasını hansısa səbəbdən keçirmək mümkün olmasa, E. Namazov sədr kimi “El” Hərəkatının məsələ ilə bağlı mövqeyini bildirə bilər. O, Milli Şura ilə bağlı seçimin “El” Hərəkatının qurumda təmsil olunan üzvlərinin ixtiyarına buraxıldığı barədə xəbəri nə təsdiq, nə təkzib edib. “El” Hərəkatı İdarə Rövşən Əhmədli isə APA-ya açıqlamasında deyib ki, Milli Şuraya hər kəs fərd şəklində daxil olub, qurumu tərk edib-etməmək də hər bir fərdin öz hüququdur. Onun sözlərinə görə, Milli Şura partiyaların, hərəkatların deyil, fərdlərin birgə təsis etdiyi qurumdur, Milli Şuranı tərk edib-etməmək barədə qərarı da fərdlər özləri verməlidirlər. E. Namazov isə APA-ya açıqlamasında qərarı sabah açıqlayacağını söyləyib. ANN.Az

Xəbər lenti