Ekspert: “Hərbçilərə 436 mənzilin verilməsi dövlət qayğısının göstəricisidir”

Ekspert: “Hərbçilərə 436 mənzilin verilməsi dövlət qayğısının göstəricisidir”
Hərbiçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksdə hərbi qulluqçulara 436 mənzil ayrılıb.

Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib.

Hərbi ekspert Tərlan Eyvazov "MediaPost”a açıqlamasında deyib ki, son illər əsgər, zabit, gizir və müddətdən artıq xidmət edən hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli işlər görülür, hərbi şəhərçiklər tikilərək istifadəyə verilib.

O bildirib ki, Azərbayca Ordusunda xidmət edən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün müxtəlif işlər görülür: "Bu işlər günbəgün daha da genişləndirilir. Hazırda hərbçilərimizin də ən əsas məsələsi mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Hər il hərbi şəhərciklər tikilir. Bu, əsgər, zabit, gizir və müddətdən artıq xidmət edən çavuşlarımız üçün nəzərdə tutulur. Hərbi qulluqçularımız ön cəbhədə düşmənlə üz-üzə dayanıblar, Vətəni qoruyurlar. Onlara hər cür diqqət göstərilməlidir. Buna görə də hər bir hərbçinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif işlər görülür”.

Hərbi ekspert vurğulayıb ki, bu işlər indidən sonra da davam etdirilməlidir.

"Bu layihələri davam etdirməklə hərbçilərimizdəki ruh yüksəkliyini qoruyub saxlaya bilərik. Hazırda bu istiqamətdə işlər görülür və hər il də bu qayğı daha yüksək səviyyəyə çatdırlır”, - deyə T.Eyvazov əlavə edib.

Qeyd edək ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti