Ekspert: “Daşıyıcı şirkətlərə dövlət dəstəyinin göstərilməsi arzuolunandır”

Ekspert: “Daşıyıcı şirkətlərə dövlət dəstəyinin göstərilməsi arzuolunandır”
Pandemiyanın ölkədə yayıması bir çox fəaliyyət sahələri kimi sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin də fəaliyyətinə təsirsiz ötüşə bilməz.

Bu fikirləri Sfera.az saytına verdiyi açıqlamada Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev də təsdiq edib. Ekspert bildirib ki, sərnişin sayının azalması bu şirkətlərin rentabelliyini şübhə altına alır:

"Ölkədə sərt karantin rejiminin tətbiq edilməsi gündəlik sərnişin sayında təbii olaraq azalma yaradıb. Çünki bir sıra istisnalar olmaqla insanların evdə qalmaları məcburi elan edilib. Müəssisələrdə işçilərin işə çıxmalarına məhdudiyyətlər tətbiq olunub. Belə olan halda şirkətlərin fəaliyyətinin rentabelliyi də şübhə altına düşüb. Lakin şirkətlər fəaliyyətini davam etdirir və üzərinə qoyulmuş sosial məsuliyyətin öhdəsindən gəlir. Belə bir həssas dövrdə şirkətlər dövlətin çağırışına səs verirsə bu artıq vəhdətin göstəricisidir. Şirkətlərə karantin günlərində xüsusi qaydalara riayət etmək tapşırılıb. Xüsusən "Bakubus”, "Xalid Faiqoğlu” və digər bir sıra şirkətlər bu tələblərə cavab verir. Tələblərə cavab verməyən şirkətlər zaman keçdikcə bazardan çıxarılacaq. Bunun son dövrlərdə də şahidi olduq”.

Ekspert qeyd edib ki, daşıyıcı şirkətlərə xüsusi dövlət dəstəyinin göstərilməsi arzuolunandır:

"Pandemiya şəraitində insanlara ön cəbhədə xidmət göstərən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. Daşıyıcıların bu dövrlərdə xidmətləri danılmazdır. Lakin mövcud sərnişin azlığı ilə əlaqədar daşıyıcı şirkətlərin vəziyyəti pisləşə bilər. Avtobuslar xətlərdə əvvəlki qədər sərnişin daşımırlar. Bunun müqabilinə onların yanacaq sərfiyyatı və digər xərcləri yaranır. Bütün bunları nəzərə alaraq daşıyıcı şirkətlərə dövlət tərəfindən əlavə yanaşma olaraq maddi dəstəyin göstərilməsi arzuedilən olardı.

Qeyd edim ki, sərnişindaşıma sosial mahiyyət daşıyır və bir çox ölkələrdə sərnişindaşıma xərcləri dövlət tərəfindən dotasiya olunur. Yəni sərnişindaşıma üçün qoyulan qiymət dotasiyalı qiymət olur. Azərbaycanda da bütün daşıyıcılara bərabər dotasiya edilməsi rentabelli işləməyə təkan verməklə həm də normal rəqabət mühiti yaradar”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti