Əkbər Hacıyev vəzifədən azad edildi – "Azəriqaz"a yeni direktor təyin edildi

Əkbər Hacıyev vəzifədən azad edildi –
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar.

Ann.az xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə "Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

"Report”-un bildirdiyinə görə,  R.Abdullayevin digər əmri ilə, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi təyin olunub.

Bundan əlavə, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. 


www.ann.az

Xəbər lenti