Əgər London sizi bezdiribsə, deməli həyat sizi bezdirib – REPORTAJ

Əgər  London sizi bezdiribsə, deməli həyat sizi bezdirib – REPORTAJ
Rüstəm Qasımov 

«Əgər London sizi bezdiribsə, deməli həyat sizi bezdirib. Çünki həyatda olan hər şey Londonda var” - bu sözlər intibah dövrünün əfsanəvi ingilis tənqidçisi, şairi, ingilis dilinin ilk izahlı lüğətini hazırlayan Samuel Consona məxsusdur. (Samuel Johnson — 'Sir, when a man is tired of London, he is tired of life; for there is in London all that life can afford.') Məhz bu əfsanəvi sözlər ingilislərin, Londonda bir dəfə olmuş insanların dilindən düşmür. 

London əksər insanlarda olduğu kimi, mənim də həmişə səfər etmək istədiyim şəhər olub. Lap uşaq yaşlarımdan, mən Temza çayının sahilində yerləşən Londonu görmək arzum olub. Bu sirli-sehirli Londonun ən gözəl tarixi abidələrini görmək, qədim kral qəsrlərinə baş çəkmək, Hayd-Parkın harmonik və gözəl təbiətindən zövq almaq və əsrlərdir ənənə şəkilində qalmış ingilis pabında axşamı keçirtmək istəmişəm. 

Aprelin ilk günlərində mənim dumanlı Albiona gəlmək şansım yarandı. "Atlas Travel” tur agentliyinə mürəciət etdim. Onların əməkdaşlarının köməkliyi ilə Hayd-Park yaxınlığında otel («Central Park Hotel» Queensborough Terrace, London W2 3SY), nömrəsi sifariş etdim və Londona uçan Ukraynanın (MAY) hava şirkətindən, bir neçə səbəbə görə bilet aldım. Birincisi, uçuş rahatdır. Bakıdan çıxış saatı 06:15-də olmasına baxmayaraq, vaxt fərqinə görə mən Londona saat 12:20-də endim. İkincisi, qiymətin 411 manat olması mənim maddi olaraq qənaət etməyimə imkan verdi. Şəxsi təcrübəmdən də bilirəm ki,  London dünyanın ən bahalı şəhərlərindən biridir.  Üçüncüsü, Azərbaycanın dost münasibətində olduğu Ukraynada baş qaldıran böhranın aradan qalxmasında mənim də əməyim olsun deyə, bileti onlardan aldım. Bütün bu üç kriteriya əsasında verdiyim qərardan bir qıram olsun peşman da olmadım. Bundan başqa, öz işlərini professional şəkildə icra etmiş "Atlas Travel” agentliyinə də təşəkkürümü çatdırıram. 


Hava limanında oturub gözləyərkən düşünməyə başladım ki, yaxın zamanda londonlu turistlər də, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına görə şəhərimizə gələcəklər. 

 

Bizi aparan təyyarə iki oturacaqlı olsa da, çox geniş və rahat idi. Yeməyə isə yağlı "4” yazardım. Kiyev Hava Limanında iki saat gözləsəm də, zamanın necə keçdiyini hiss etmədim. 

 

Vaxtı öldürmək üçün Kiyev Hava Limanında təyyarələrin baqajlarının boşaldılmasına tamaşa edirdim. 

 

Kiyev Hava Limanında sərnişinləri daşıyan avtobuslar da diqqətimi çəkirdi. 

 

Bizi Londona aparacaq olan təyyarə "Boinq 737” idi. Təyyarənin yarısından çoxu boş olduğundan, rahat şəkildə pəncərənin qırağında oturub uçuşu izləmək mümkün oldu. 

 

Havaya qalxdıqda mən quş baxışı Kiyevə nəzər yetirdim. Gözlərim qarşısında böyük stadion canlanırdı. 

 

Bundan başqa mən gözəl Ukrayna günəşinin doğuşunu da izləyə bildim. 


Təyyarə havaya qalxandan sonra bizim gözlərimiz qarşısında buludlardan ibarət gözəl panorama canlandı. 

 


3 saatlıq uçuş boyunca bizə gülərüz ukraynalı stüardessalar  kömək edirdi. Bu dəfə biletin içində yemək olmadığından, biz də seçim etməli olduq. Mən 3 Avroluq "Kurasan” və  2 Avroluq kofe sifariş etdim. Britaniyaya səfər edən hər bir xarici vətəndaşın bilməli olduğu vacib məqam: Britaniya vətəndaşı olmayan hər kəs, "Landing Card” adlı sənədi doldurmalıdır. Bu sənədə, ad-familiyanı, doğum tarixini, pasportun seriya nömrəsini, reysin nömrəsini, otelin tam ünvanını və Britaniyada qalacağınız günlərin dəqiq sayını yazmalısınız.


Qeydiyyatdan keçdikdə, sərhədçilər sizin bu kartı dəqiqliklə yoxlayıb suallar verirlər. 



 


Nəhayət Britaniya göründü. 

 

Mənim endiyim hava limanı Qatvik adlanırdı. Qatvik Londonun ən böyük hava limanlarından sayılmasa da, oradakı insan seli məni heyrətə saldı.

Təbii ki, Britaniya vətəndaşı olanlar pasport yoxlanışından daha asanlıqla keçir və heç bir növbə yaşamırdılar. Öz ölkəsinin vətəndaşlarının bu cür - tez bir zamanda yoxlanışdan keçirilməsini görmək xoş idi. Mən isə xarici vətəndaş kimi uzun müddət gözləməli oldum. 20 dəqiqədən sonra nəzarət-buraxılışdan keçə bildim. 

Bundan sonra mən baqajımı götüməyə getdim. Eyni anda bir çox eniş olduğu üçün baqajı öz gücünlə tapmaq çətinləşir. Amma çoxsaylı yükləmələrə baxmayaraq problemsiz baqajımı tapdım. Hava limanının bütün əməkdaşları çox yardımsevərdirlər. 

Baqajı aldıqdan sonra sual ortaya çıxdı: otelə necə gedəcəm? Taksi ilə getsəydim, bu mənə yüz dollara başa gələrdi. Ona görə taksi variantı sıradan çıxdı. Buna görə mən ingilislərin fəxr duyduqları dəmiryolu nəqiliyyatından istifadə etdim. Dəmiryolu nəqilliyatı demək olar bütün Britaniyanı əhatə edir. Ancaq bu zaman ikinci sual ortaya çıxdı: mən hansı dəmiryolundan istifadə etməli idim ki,  o məni "Viktoriya” stansiyasına çatdırsı. İlk diqqətimi çəkən "Qatvik ekspress” oldu. Onunla səfər 20 funta başa gəlirdi.










Amma mənə məlumat verdilər ki, getməli olduğum yerə Cənubi dəmiryolu qatarları da gedir. Onunla səfər 15 funta başa gəlir. Buna görə mən bu qatarı seçdim. 


Lazımi platformanı dəmiryol işçilərinin köməkliyi ilə tapdıqdan sonra 8 dəqiqə gözlədim ki, qatarım gəlib çıxsın. Qatara əyləşdikdən sonra mən ətrafdakı mənzərələrdən həzz almağa başladım. 


Qatarla səfər rahatdır və ondan həzz duyursan. 




 


Təxminən 35 dəqiqədən sonra mən Viktoriya vağzalında idim. Orada metrodan və avtobusdan istifadə etmək mümkündür, amma mən metro ilə getməyi üstün tutdum. 







Növbəti addım metroya bilet almaq oldu. Baxmayaraq ki, bizim ölkə hələ də kart sisteminə keçə bilmir, Britaniyada  bu məsələ çoxdan həll edilib və çox uğurla da işləməkdədir. İngilislər də bu məsələ çoxdan həll edilib.Maraqlıdır ki, həmin kartı nə qədər uzun müddətli götürmək daha sərfəlidir. Bundan başqa tələbələr üçün inanılmaz endirimlər edilir. Britaniyada tələbə olmaq xoşbəxtçilikdir. Amma bir dəfəlik səfər məsafənin uzaqlığından asılı olaraq çox bahadır, 2.5 funt. 


Amma kartı almaq elə də asan başa gəlmədi. Belə ki, kart almaq üçün mənim kimi daha 30-40 turist növbədə gözləyirdi. Amma buna baxmayaraq, mən öz bir həftəlik limitsiz kartımı aldım və hotelimə gəlib çıxa bildim. Hotel mənim bütün gözləntilərimi qarşıladı. Ora sakit ərazidə yerləşir. Bundan başqa hoteldən metroya və ya avtobus dayanacağına məsafə çox qısa idi. 


Yeri gəlmişkən, həmin gün hava soyuq idi və yaz yağışı yağırdı. Amma bu əhvalıma heç bir pis təsir etmədi, çünki mən uşaqlıq arzum olan şəhərdə gəzirdim. Bu düşüncə ruhumu isitməyə yetirdi. 

 


Paltarlarımı yerləşdirdikdən sonra mən ingilislərin parklarına gəzməyə çıxdım. Növbəti reportaj buna həsr olunacaq...

 




www.ann.az

Xəbər lenti