Əfqan Nağıyevin ev dustaqlığına buraxıldığı rəsmən təsdiqləndi

Əfqan Nağıyevin ev dustaqlığına buraxıldığı rəsmən təsdiqləndi
Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Ann.az-ın məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti