Əbu Bəkr məscidi yenidən açılacaq (RƏSMİ)

Əbu Bəkr məscidi yenidən açılacaq (RƏSMİ)
"Əbu Bəkr məscidinin yenidən açılması nəzərdə tutulur''.

Ann.az "Report"a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır: ''Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq''.

www.ann.az

Xəbər lenti