Əbdürrəhman Vəzirov vəfat etdi

Əbdürrəhman Vəzirov vəfat etdi
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, o, bu gün səhər saatlarında Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında dünyasını dəyişib.

Ə. Vəzirov böyrək çatışmazlığından əziyyət çəkirdi.

Ə. Vəzirov Moskvada dəfn olunacaq.

Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub.

O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti