DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi

DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi
Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Ann.az-a bildirilib ki, sürücülik təcrübəsi az olan sürücülər qarlı havada və buz bağlamış yollarda avtomobil idarə etməməlidirlər. 

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-dən 19-na keçən gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur”, - Dövlət Yol Polisindən bildirilib. 

Qeyd olunub ki, qarlı-buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir: "Bunu nəzərə alaraq, qeyd olunan hava şəraitində onların sükan arxasına əyləşməmələri xahiş olunur".

www.ann.az

Xəbər lenti