Dövlət xidmətinin rəisi qızına görə işdən çıxarıldı

Dövlət xidmətinin rəisi qızına görə işdən çıxarıldı

Çeçenistan prezidenti Ramzan Kadırov Federal Miqrasiya Xidmətinin rəisini Suriyada döyüşməyə gedən qızına görə işdən çıxarıb. 

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, Kadırov məmurun işdən çıxarılması barədə xəbəri rəsmi "Instagram" hesabında açıqlayıb.

"Ona işdən çıxmaq üçün raport yazması barədə tapşırıq verilib, o da bu tapşırığı yerinə yetirib", - Kadırov məlumat verib və həmçinin əlavə edib ki, məmurun işdən çıxarılmasına səbəb sakinlərin çoxsaylı şikayətləridir. "Vətəndaşlar deyir ki, əməkdaşlar kobudluq edirlər, nəzakətlə davranmırlar, sənədlərin rəsmiləşdirilməsini gecikdirirlər. Biz əvvəlcə Asu Dudurkayevə bu barədə sorğu göndərmişdik, problemləri yoluna qoymağı tapşırmışdıq. Ancaq yoxlamalar göstərdi ki, yaxşılığa doğru heç nə dəyişməyib", - Kadırov deyib. 

Yeri gəlmişkən, çox güman məmurun vəzifəsindən azad olunmasında təkcə vətəndaşların narazılığı rol oynamayıb. Dudurkayevin qızı - Kadırovun da dediyi kimi, hazırda Suriyada "mülki vətəndaşaları öldürən vahhabilərin və banditlərin arasındadır". Məmura qızını yola gətirməyi tapşırsalar da, o bunu edə bilməyib. 

Qızın Suriyadakı "cihad"a qoşulması iyun ayının sonunda məlum olmuşdu. Yeri gəlmişkən, qız müharibəyə gedərkən, atasına məxsus 2-3 milyon rublunu da götürməyə fürsət tapıb. 

ANN.Az

Xəbər lenti