Dövlət qeydiyyatına alınan QHT-lərin və KİV-lərin sayı açıqlandı

Dövlət qeydiyyatına alınan QHT-lərin və KİV-lərin sayı açıqlandı
"Azərbaycanda dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4 300-ü, KİV-lərin sayı isə 5 100-ü ötüb".

"Report"un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov yanvarın 31-də Ədliyyə Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti