Dövlət katibi Qarabağ münaqişəsindən danışdı: "Alqışlayırıq"

Dövlət katibi Qarabağ münaqişəsindən danışdı:
"ABŞ ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsində nailiyyət əldə etmək üçün yüksək səviyyədə görüşlərin keçirilməsini, eləcə də xalqların sülhə hazırlanması və məhsuldar müzakirələrin aparılmasına şərait yaradılması üçün səyləri alqışlayır”.

Ann.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillyinin 28-ci ildönümü ilə bağlı ölkə əhalisinə ünvanladığı müraciətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə toxunaraq bildirib.

Qeyd edək ki, Maykl Pompeo məktubu Ermənistan prezidentinə və baş nazirinə deyil, erməni xalqına ünvanlayıb. 

www.ann.az

Xəbər lenti