Prezident və baş nazirlər xüsusilə "ağıllı telefon” sayılan smartfonlara meyl edirlər. Və bu zaman telefon elektronikasının aparıcı brendlərindən yararlanırlar.
Modern.az saytı xarici KİV-lərin məlumatları əsasında dünya liderlərinin günədlik və iş həyatında isitfadə etdikləri mobil telefonlarla bağlı yazı hazırlayıb.
Barak Obama - Kanadanın "BlackBerry” şirkəti ABŞ-la sıx əməkdaşlıq edir. Şirkət Pentaqona, Dövlət Departamentinə və Ağ Evə tədarük etdiyi smartfonların informasiya təhlükəsizliyi və konfidensiallığına təminat verir. Təsadüfi deyi ki, ölkə prezidenti Barak Obama da onun təhlükəsizliyini təmin edən xüsusi xidmətin məsləhəti ilə "BlackBerry Curve 8900” markalı smartfondan isitfadə edir.
"Təhlükəsizlik səbəbindən mənə iPhone-dən istifadə etməyə icazə vermirlər”-deyə müsahibələrindən birində Amerika prezidenti etiraf edib.
Matteo Renzi - İtaliyanın baş naziri Matteo Renzi isə "Apple” şirkətinin fanatı hesab olunur. O hətta bir dəfə şirkətin təsisçisi olan Stiv Cobsu "müasir dünyanın Leoanrdo Da Vinçisi” adlandırmışdı. Hazırda Renzi "iPhone 6” markalı qadjetdən istifadə edir.
Nəvaz Şərif - Pakistanın baş naziri Nəvaz Şərif isə 3 mobil telefondan istifadə edir. Onlardan ikisi mobil qurğular bazarının liderləri olan "Apple” və "Samsung” şirkətlərinin məhsuludur. Lakin bu aparatlar nazirin şəxsi mülkiyyəti deyil və dövlət tərəfindən siyasi danışıqlar üçün istifadə olunur. Nəvaz Şərif şəxsi danışıqlarda özünə məxsus "BlackBerry 8830 World Edition” markalı telefondan istifadə edir.
Fransua Olland - Fransa prezidenti də italiyalı həmkarı kimi "Apple” məhsullarına üstünlük verir. Olland şəxsi telefonu olan "iPhone 6” vasitəsilə ailə üzvləri ilə əlaqə saxlayır. Bu telefon sırf onun şəxsi danışıqları üçün nəzərdə tutulub və xidməti danışıqlarda istifadə olunmur.
Maraqlıdır ki, Ollandın prezidentlik kürsüsündəki sələfi Nikola Sarkozi telefon danışıqlarının dinlənilməməsi üçün xüsusi təhlükəsizlik sisteminə malik "Teorem” telefonlarından istifadə edirdi. Lakin böyük ölçüləri və danışmaq üçün hər dəfə 30 saniyəlik fasilə gözləməyi tələb edən bu telefon prezident tərəfindən geri verilmişdi. Sarkozi səlahiyyət müddəti başa çatana qədər "BlackBerry” markalı telefondan istifadə edib.
Vladimir Putin - Rusiya prezidenti Vladimir Putin isə müsahibələrində heç zaman mobil telefonlardan istifadə etmədiyini bildirib.
"Əgər mənim mobil telefonum olsaydı, zənglərdən bir saniyə olsun susmazdı”-deyə prezident açıqlamlarından birində şikayətlənmişdi. Amma 2011-ci ildə Vladimir Putini Çinin ZTE kompaniyasının istehsal etdiyi "MTS-Glonass 945” telefonu ilə görüntüləmişdilər. "Apple” şirkətinin "iPhone 4” androidinin funksiyalarını təkrarladığı deyilən qurğu Rusiya bazarında populyarlıq qazana bilmədi. Rusiya prezidenti Vladimir Putin isə bir daha "MTS-Glonass 945” telefonu ilə görüntülənmədi.
Dmitri Medvedev - Rusiyanın baş naziri Dmitri Medvedev isə ötən ilə qədər qızğın "Apple” həvəskarı sayılırdı. O, şirkətin həm smartfonundan, həm də planşetlərindən aktiv isitfadə edirdi. Lakin Qərblə Ukrayna böhranına görə soyuyan münasibətlər baş nazirin də ABŞ-a məxsus "Apple” şirkətinin məhsullarından imtina etməsinə səbəb oldu. Hazırda Dmitri Medvedev Rusiyanın Çinlə birgə istehsalı olan "Yota Devices” smartfonlarından istifadə edir.
ANN.Az