Düşmən Tovuz istiqamətində itki verdi

Düşmən Tovuz istiqamətində itki verdi
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində, qoşunların təmas xəttində yeni mövqe döyüşləri baş verib. 

"MediaPost" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistan ordusunun kiçik serjantı, müqavilə əsasında xidmət edən Ovik Tamazyan bu gün sentyabrın 16-da baş vermiş atışmada ölüb.

Qeyd edək ki, sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.  Atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti