Dünyanın ən yaxşı ali məktəblərinin reytinqi - Azərbaycan yoxdur

Dünyanın ən yaxşı ali məktəblərinin reytinqi - Azərbaycan yoxdur
Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi - "Academic Ranking of World Universities 2018" açıqlanıb.

"Report" xəıbər verir ki, siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isə Böyük Britaniyanın Kembric Universitetidir.

İlk beşlikdə növbəti yerləri də ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti.

Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb.

Qeyd edək ki, reytinq təhsilin keyfiyyəti, professor-müəllim heyətinin keyfiyyəti, elmi fəaliyyət, işçinin orta məhsuldarlığı kimi meyarlar əsasında tərtib edilib. Eyni zamanda, təhsilin keyfiyyəti qiymətləndirilərkən məzunları Nobel mükafatına, Filds medalına layiq görülən universitetlər nəzərdən keçirilir.

Azərbaycan universitetləri siyahıya daxil edilməyib.

www.ann.az

Xəbər lenti