Dünyanın ən varlı adamının adı məlum oldu

Dünyanın ən varlı adamının adı məlum oldu
"Amazon" şirkətinin rəhbəri Ceff Bezos dünyanın ən varlı insanı olaraq qalıb.

Bu barədə "Forbes" jurnalı yazıb.

İlkin məlumata görə, onun sərvəti 19 milyard dollar artaraq 131 mlrd. dollara çatıb.

"Forbes" daha əvvəl dünyanın ən varlı qadınının adını açıqlayıb. Belə ki, bu, "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir. Onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.

"Betankur-Mayers və onun yaxın qohumları "L`Oreal"ın 33%-nə sahibdirlər", - deyə nəşr yazıb.

Bununla belə, "Forbes"in qiymətləndirməsinə görə, Betankur-Mayers dünyanın ən varlı insanları siyahısında 15-ci sıradadır (Report).

www.ann.az

Xəbər lenti