Dünya ulduzunun qardaşı rəsmən "Qarabağ"da (RƏSMİ)

Dünya ulduzunun qardaşı rəsmən
"Qarabağ" yeni transferini ictimaiyyətə təqdim edib.

Ann.az xəbər verir ki, Ağdam klubu Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, serb futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse"/2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka"da (B komandası) çıxış edib. 2014-2016-cı illəri Niderlandda keçirib. "NAC Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz ututub, "Şturm"da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub. "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb və Vyana "Austriya"sına icarəyə verilib. 2019-cu ilin yayında isə APOEL- icarəyə göndərili.
 


Matiç "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdı. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.

Ötən sezon isə APOEL-in heyətində öncə ÇL-nın III təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.

Tərəfdaşların xəbərləri

Xəbər lenti