Dünya şöhrətli bəstəkar vəfat etdi

Dünya şöhrətli bəstəkar vəfat etdi
Dünyaca məşhur italyan bəstəkar Ennio Morrikone 91 yaşında vəfat edib.

Ann.az xəbər verir ki, qərb film musiqilərinin əfsanə müəlliflərindən hesab edilən Morrikone Romadakı klinikalardan birində dünyasını dəyişib. Onun bir neçə gün əvvəl yıxıldığı və ciddi zədə aldığı deyilir.

Morrikone "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yazdığı musiqilərə görə dünyada məşhurlaşıb. O, kinematoqrafiyada nailiyyətlərinə görə 2007-ci ildə "Oskar" mükafatının laureatı olub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti