DTX-dan Neftçala açıqlaması: "Vəzifəli şəxslər tutulub" (YENİLƏNİB)

DTX-dan Neftçala açıqlaması:
Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu barədə Ann.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək. 

13.30

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

Ann.az-ın "Report”a istinadən xəbərinə görə, bu barədə rəsmi məlumat veriləcəyi gözlənilir.

Xəbər lenti