DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı artırıldı

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı artırıldı
Prezident İlham Əliyev "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Ann.az xəbər verir ki, dəyişiklikliyə əsasən, fərmanla təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” genişləndirilib.

Siyahıya əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi və mediasiya xidmətlərinin təşkili əlavə edilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti