Dünyaşöhrətli rəssamın sərgisi Bakıda - FOTOLAR

Dünyaşöhrətli rəssamın sərgisi Bakıda - FOTOLAR

Dünən  Bakıda yerləşən Muzey Mərkəzində Cənubi Azərbaycan rəssamı Vədud Müəzzinin əsərlərinin fərdi sərgisi keçirildi. ANN.Az-ın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və turizm nazirinin muavini Ədalət Vəliyev rəssam haqqında məlumat verdi. 

Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov Müəzzinin 2002-ci ildə Bakıda keçirilən  ilk sərgisinin tarixçəsi barədə danışdı. Ardınca qonaqlara Vədud Müəzzinin yaradıcılığından bəhs edən qısametrajlı sənədli film təqdim olundu. Həm də mahir muğam ifaçısı olan rəssam “Sarı gəlin” kompazisiyasını özünəməxsus tərzdə ifa etdikdən sonra hər kəsi sərgi zalına dəvət etdi. 

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə yanaşı  respublikanın tanınmış rəssamları, muğam ustaları , bəstəkarlar və digər mədəniyyət xadimləri  iştirak edirdi.

Xatırladaq ki, əslən Ərdəbildən olan Müəzzin Azərbaycan Rəssamlar İttifaqının üzvüdür .Bu, rəssamın Bakıdakı ikinci sərgisidir. Azərbaycanda  onun əsərlərindən ibarət ilk ekspozisiya 2002-ci ildə keçirilib və bu sərgidə mərhum prezident Heydər Əliyev də şəxsən iştirak edib. 

Bu günədək Vədud Müəzzənin əsərləri İstanbul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Darmstadt, Los Anceles, Çiqaqo, San 

Fransisko, Vaşinqton, Nyu-York və digər şəhərlərdə sərgilənib. 

Noyabrın 22-də Bakıda, Muzey Mərkəzində başlayan, noyabrın 27-dək davam edəcək sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının dəstəyi , “Cənnət bağı” Şirkətlər qrupu və “Euromed” Özəl Tibb Mərkəzinin sponsorluğu ilə təşkil edilib.

 Sərgidə rəssamın müxtəlif mövzularda işlənmiş 110 əsəri ilə yanaşı  onun əl işi olan 15-dən çox heykəltaraşlıq nümunəsinin fotoları nümayiş etdirilir. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti