Dünyanın ən soyuq yaşayış yeri - Fotolar

Dünyanın ən soyuq yaşayış yeri - Fotolar
Dünyada həyatın davam etdiyi ən soyuq yaşayış yeri Rusiyada yerləşir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Oymyakon kəndində 1926-ci ildə 71,2 dərəcə şaxta qeydə alınıb. Bu ərazidə bitki mənşəli məhsullar bitmədiyi üçün marketlərdə daha çox balıq və ət məhsulları satılır.

Həddindən artıq şaxta olması evlərdə su xətti sistemi quraşdırmağı imkansız hala çevirir. Məhz buna görə, Oymyakonda tualet evdən kənarda tikilir. Bölgədə avtomobillər yalnız qarajlarda çalışdırıla bilər. Qarajdan çıxan avtomobil durmadan yoluna davam etməlidir. Əks təqdirdə maşının mühərriki dona bilər.

Dünyanın ən soyuq kəndindəki həyatı əks etdirən fotoları sizə təqdim edirik:
 












Tərəfdaşların xəbərləri

Xəbər lenti