Dünyanın ən inadcıl əsgəri öldü

Dünyanın ən inadcıl əsgəri öldü

İkinci Dünya müharibəsindən 29 il sonra təslim olmağa razı olan yapon əsgər Hiroo Onado 91 yaşında dünyasını dəyişib. 

Onado paytaxt Tokioda bir xəstəxanada ürək çatışmazlığı səbəbindən vəfat edib. 

Onadonun çox maraqlı həyat hekayəsi olub. Belə ki, Yaponiyanın kəşfiyyat zabiti 1974-cü ilədək vuruşub. Onu təslim olmağa onun köhnə komandiri razı salıb və onu müharibənin bitdiyinə inandıra bilib. Onado yalnız bundan sonra qılıncını Filippinin prezidentinə xüsusi mərasimdə verib. Qeyd edək ki, müharibənin bitdiyinə inanmayan Onado 4 yoldaşıyla birlikdə meşədə yaşayaraq, Filippinə qarşı kəşfiyat diversiyaları təşkil etməyə başlayıb. Müharibəyə 20 yaşında yollanan Hiroo Onoda Lubang adasında xidmətə başlayır. Onun vəzifəsi, müttəfiqlərə qarşı partizan döyüşləri həyata keçirmək olub. Uzun müddət Filippində bir çox divesiyalar törədib. Onado ilk dəfə 1945-ci il oktyabr ayında müharibənin sona çatdığını təyyarədən atılan elanlarda görür. Ancaq həmin vaxt yaponların kəşfiyyat dəstələrinə qarşı əməliyyatlar davam etdiyi üçün buna inanmır. 

ANS Press

Tərəfdaşların xəbərləri

Xəbər lenti