Dünya Ticarət Mərkəzinin yeni binasının açılışı oldu - FOTO

Dünya Ticarət Mərkəzinin yeni binasının açılışı oldu - FOTO

Nyu York meri Maykl Blumber1 də bu binanın güclü Amerikanın simvolu olduğunu deyib

ABŞ-ın Nyu York şəhərində kamikadzenin təyyarə ilə partlamasından sonra uçan Dünya Ticarət Mərkəzinin (WTC) yeni tikilən 4 saylı binasının açılışı olub. Anspress xəbər verir ki, Şəhərin “Wall Street” bölgəsində istifadəyə verilən binanın açılışında Nyu York meri də iştirak edib. Mer bildirib ki, bu binanın açılışı Nyu York tarixində əhəmiyyətli hadisədir. 

“4 saylı binanın açılışı çox böyük bir hadisədir. 11 sentyabr terror hücumundan 12 il sonra bu bina millətimizin müqavimətinin, sağlamlığının rəmzi kimi yüksəlməkdədir”. 

Maykl Blumberq bu binanın güclü Amerikanın simvolu olduğunu deyib. 

“4 saylı bina WTC-nin təməlləri üzərində tikilən ilk bina kimi nyu yorkluların güclü dayanmasının rəmzidir”. 

Nyu Yorkun ən böyük rayonlarından olan Mənhətten bələdiyyəsinin sədri Skott M. Strinqer bu açılışın amerikalıların tanrıya verdiyi sözü tutduğunun isbatı olduğunu bildirib. 

Məlumata görə, 2014-cü ildə tam istifadəyə verilməsi planlaşdırılan WTC-nin ilk mərtəbəsi Nyu Yorkun bir çox metro stansiyası ilə birləşir. 

64 750 kvadratmetr ərazidə tikilən binadakı ofislərin kvadratmetrinin 645 dollardan satışa çıxarılacağı bildirilir. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti