Dizelin qiyməti ilə bağlı rəsmi açıqlama

Dizelin qiyməti ilə bağlı rəsmi açıqlama
"Aİ-92” markalı benzinin və dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir.

Ann.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O vurğulayıb ki, bu yanacaq növləri Azərbaycanda istehsal edildiyindən onların qiymətinin artması və ya dəyişməsi birbaşa olaraq dünya bazarlarından asılı deyil.

İbrahim Əhmədov qeyd edib ki, bəzi ölkələrdə dövlət qiymətləri müəyyən çərçivədə "üzməyə” buraxır və bazarın təsirlərinə qarşı açıq qoyur, bəzi ölkələrdə isə Azərbaycanda olduğu kimi, qiymətlər dövlətin müvafiq tənzimləyici qurumları tərəfindən müəyyən edilir:

"Buna görə də ölkə daxilində "Aİ-92” markalı benzinin və dizel yanacağının qiymətinin dövlət tərəfindən hansı səviyyədə müəyyən edilməsi ilə bağlı hər hansı açıqlamanın verilməsində SOCAR bir şirkət olaraq səlahiyyətli deyildir”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti