Diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başladı

Diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başladı
Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında məlumat verib:

"Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın bölgələrini ziyarət etmək üçün aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti