Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qıldı (FOTOLAR)

Din xadimləri Şuşada Yuxarı Gövhər Ağa məscidində namaz qıldı (FOTOLAR)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfəri davam edir.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.
 


















www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti