Din və dəb: necə uyğunlaşdırmalı - FOTOLAR

19 Fevral 2014, 16:47
19 Fevral
2014
16:47
7928
Bakı küçələrindən hicablı qızların keçmısi adət halını alıb. Düzdür, bəzilərinin bundan xoşu gəlmir, bəziləri isə örtülü xanımları görüb İslama gəlmək fikirlərini qətiləşdirirlər. Örtünməyi arzulayan qız, adətən, yaxın qohumlarının qınağı ilə qarşılaşırlar. Qohumlar və qadın cinsinin tanışları qıza belə deyirlər: neynirsən başını örtməyi, yaşlı qadınlara oxşayacaqsan. Əslində bəs bu, belədirmi? İslam və dəb anlayışlarının uyğunluğu mümkündürmü?Belə fikir var ki, müsəlman qadınlarının geyimi dar olmamalı, bədənə tam oturulmamalı, həm də şəffaf olmamalıdır. Məgər qeyri-müsəlman qadınlarının zövqlü geyim tərzi yalnız dar və şəffaf paltar modasını özündə əks etdirir? Məgər yalnız bu üsulla xoş zahiri görünüşə nail olmaq olur? 10-15 il əvvəl postsovet məkanında örtülü geyimə üstünlük verən müsəlman xanımları zövqlü geyimin yoxluğundan şikayət edirdilər. Həm zövqlü görünmək, həm də müsəlman qaydalarına riayət etmək üçün hamilə qadınlar üçün geyim mağazalarından nəsə alırdılar. Amma hazırda müasir qadın paltarı sənayesi hər zövqə və pula uyğun bir çox müxtəlif variantlar təklif edir. Bu gün Bakıda müsəlman qadın paltarları üzrə ixtisaslaşmış mağazalar fəaliyyət göstərir: “Terbir”, “Hicab”, “Mesume” və s. Hicab üzrə ixtisaslaşmış müxtəlif geyim markaları mövcuddur – “Eşarp”, “Nur”, “Armine”, “Ecenur”, “Zehre” və başqaları. Orta hesabla hicabın qiyməti 6-10 manat arasında tərəddüd edir. İpək parçadan və orijinal dizayn şəkilləriylə bəzədilmiş ən gözəl hicablar 40-70 manat dəyərində və daha baha ola bilər. Bundan başqa, bu mağazaların çeşidində bir və ya iki hissədən ibarət olan şərflər və hazır hicablar var. Hicab geyinməyə qərarı vermiş qızlar nəyi necə etməli olduqlarını öyrənmək üçün şəbəkədə bir çox sxem və videoçarx tapa bilərlər.Maraqlı burasındadır ki, sosial şəbəkələrdə zərif müsəlman geyimlərinin və “Shopaholic de hijab”, “Global Hijab Trends”, “Hijab Europe” kimi geyim dəstlərinin şəkillərini dərc edən müxtəlif qruplar işləyir və buna bənzər onlarla səhifə də tapmaq mümkündür (axtarış sətrinə "hicab" sözünü daxil etmək kifayətdir). İslami geyimlərin tərtibatçıları, dizaynerlər müəyyən ediblər ki, örtülü paltarların uyumluluğu, rənglərin, formaların və şəkillərin bir-birinə uyğun gəlməsi mümkündür. Bu xüsusiyyət elə dünyəvi geyim dəstlərinin yaradılması zamanı da istifadə olunur. Rənglərin klassik uyğunluqlarından, məsələn, çəhrayı və ya qəhvəyiylə boz, bənövşəyiylə sarı - istifadə edərək, maraqlı obrazı yaratmaq olur. Onlar bilirlər ki, əgər geyimin bir elementi parlaqdırsa, başqaları fərqli olmalıdır. Belə hallar üçün birtonlu örpəklər uyğun gəlir.İstənilən başqa qızlar və qadınlar kimi, müsəlman xanımları da özləri üçün onlayn geyim və hicablar sifariş verirlər. Hətta digər geyim predmetlərini də onlayn əldə etmək mümkündür. Məsələn, örtülü qızlar üçün çimərlik geyimləri. Belə geyimin adı burkinidir, xüsusi parçadan tikilir və bədənin əsas hissələrini qapalı saxlayır. Belə geyim qızmar yay vaxtlarında dini qanunları pozmadan çimərlikdə istirahətdən həzz almağa imkan verir.Xaricdə, daha doğrusu, Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında, Qırğızıstanda, Çeçenistan Respublikasında, Tatarıstanda tez-tez müsəlman dəb nümayişləri keçirilir. Bəzi müsəlmanlar hətta bağlı qapılar arxasında yalnız qadınlar üçün keçən belə dəb nümayişlərini qəbahətli hesab edirlər. Ancaq bu nümayişlər üçün kolleksiyaları yaradan dizaynerlər iddia edirlər ki, bu, xüsusilə gənc müsəlmanları hicab taxmağa vadar edə bilər.ToyYəqin hər bir qızı üçün çox gözəl və həyəcanlandırıcı günlərdən biri toy günüdür. Elə etmək mümkündürmü ki, toy paltarı islam qaydalarına uyğun olmaqla yanaşı, öz təmtərağını da saxlasın? Gənc müsəlman xanım Əminə şikayət edir ki, Bakıda İslam qanunlarına tamamilə uyğun toy donunu tapmaq mümkün deyil. Bu problemlə qarşılamış qızlar ya Türkiyədən don sifariş edirlər, ya da dərzidə tikdirirlər. Bəzən örtülü xanımlar üçün gəlinliklərin hazırlanmasında dərzilər, dizaynerlər hiylə işlədirlər: adi gəlin donlarının altından xanıma ağ, boğazlı koftalar geyindirilir və onun üzəri krujeva və ya gözəl şəffaf parçayla, əlavə daşlarla bəzədilir. Detalların düzgün seçimi toy donunun bütün vəhdətini yaratmış olur. Donun iki hissədən ibarət olması qətiyyən nəzərə çarpmır.Sözsüz ki, ərə gedən örtülü qızlar saç düzümü etmirlər. Ancaq bu o demək deyil ki, onlar qadın salonlarına baş çəkmirlər. Tələb təklifdən doğur. Bu gün əksər qadın salonlarında "Hicabların yığılması" adlandırılan xidmət təklif olunur. Xüsusi olaraq öyrədilmiş stilistlər gəlinin örpəyini fata və müxtəlif bəzəklərlə birləşdirərək gözəl sancaqlayırlar. Onlar gəlinlərə albomlarda təqdim edilmiş hazır variantları təklif edir, həmçinin gəlinin özünün təklif edtdiyi şəkillər, yaxud fantaziyası əsasında yeni gəlin obrazı yaradırlar. Bunun qiyməti 100-80 manatdır, bəzəklərin icarəsi ayrı ödənilir, hicabın özü isə bu pula daxil deyil. Hicabların bəzəyiylə məşğul olan qadınlar gəlinin evinə də gələ bilərlər. Amma onların xidmətlərindən yalnız gəlinlər deyil, həm də hər hansı təntənəli tədbirlərə gedən qızlar da istifadə edirlər. Bu halda qiymət 30 manatdan başlayır.Məşhurlar hicabdaİranın həm əvvəlki, həm də indiki prezidentlərinin həyat yoldaşları ictimaiyyət arasında görünməməyi üstün tuturlar. Ancaq Türkiyənin birinci xanımı Hayrunisə Gül və Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğan, eləcə də ölkənin digər yüksək vəzifəli şəxslərinin xanımları ictimaiyyətçidirlər. Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taniyənin həyat yoldaşı Şeyxa Moza bint Nasir əl-Misnəd vaxtilə “Şərq Gözəli” titulunu alıb. Xanım Moza Qətərin təhsil, elm və ictimai inkişaf fondunda, ailə məsələləri üzrə Ali Şuranın sədrliyində çalışıb, YUNESKO-nun xoşməramlı səfiri olub. Bu xanım həm də Şərqdə dəb ikonası hesab olunur. Hətta xanım Moza “Vanity Fair” jurnalının rəyinə görə “ən dəbli məşhurlar” siyahısına daxil edilib.Gəlin, hicaba daha çox müzakirə olunan tərəfdən baxaq. Niqab – qadın baş geyimidir, qadının üzünü qapalı saxlayır, yalnız gözlər görünür. Bir qayda olaraq qara rəngli parçadan hazırlanır. Niqab geyinən qızlar deyirlər ki, belə olduqda özlərini təhlükəsiz şəraitdə hiss edirlər, çünki bu geyimin sayəsində onları heç kəs görmür. Ancaq belarus Onliner.by saytının belorus müxbiri bir günlük niqab geyinərək təcrübə keçirməklə qeyd edir ki, nəfəs almaqda və qidalanmaqda çətinliklər çəkirdi. İslam qadınlara niqab geyinməyi əmr etmir, ancaq bununla belə, bu geyim predmetinə çox böyük tələbat var. Hicab taxan qızlar işə daxil olmaqdan problemlə qarşılaşırlar, niqab geyinən qızlar üçün isə Azərbaycanda işə daxil olmaq daha çətindir, hətta mümkünsüzdür də demək olar. Ətrafdakıların niqaba olan münasibəti təsəvvürə gəlməz ola bilər. Ona görə də niqab geyinmək qərarı vermiş qızın qarşısında bir çox çətinliklər və məhdudiyyətlər dayanır.Son olaraq qeyd etmək istərdim ki, islamda bəzi sualların həllində eynliklər deyə bir şey yoxdur, müxtəlif mövqelər var. Bunlar həm də qadın paltarına da aiddir, yəni nəyin düzgün və ya səhv olması müzakirə mövzusu olmalı deyil. Müsəlman qadın üçün ən vacib məsələ - dinin qaydalarına əməl etməli, bununla bahəm daim inkişafda olan həqiqəti nəzərə almalı və ictimai həyatdan kənarda qalmamalıdır.Çinarə QuliyevaANN.Az
Xəbər lenti
-
09:26Azercell ilə TikTok indi daha əlçatandır!
-
17:14Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı
-
16:07Prezident iki qanunda dəyişiklikləri təsdiqlədi
-
15:46Azərbaycanda indiyədək neçə nəfər vaksinasiya olunub?
-
14:56Mart ayının hava proqnozu
-
14:10Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradıldı (SİYAHI)
-
13:42Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
-
13:27Xocavənddə erməni hərbçilərin atıb qaçdığı silah-sursat aşkar edilib
-
13:21İlham Əliyevdən Fikrət Sadıxovla bağlı sərəncam
-
12:26Sabah hava necə olacaq?
-
11:24Məşhur erməni ABŞ yığmasına keçdi
-
10:59Bakı Metropoliteni: "Sərnişinləri hər an qarşılamağa hazırıq"
-
10:38Qubadlının Əfəndilər kəndinin görüntüləri (FOTO/VİDEO)
-
10:20Azərbaycanda böyük əfv: Kimlər azadlığa çıxa bilər?
-
10:07Azərbaycan nefti ucuzlaşdı
-
10:00Əfv Məsələləri Komissiyası yenidən toplanır
-
09:20Azərbaycanda vəzifəli şəxs vəfat etdi (FOTO)
-
16:44İlham Əliyev Ərdoğana zəng etdi
-
16:34Noyabrın 13-dən bu günə qədər Ermənistana neçə hərbçinin meyiti verilib?
-
16:29Avropa Liqası: 1/8 finalın püşkü atıldı
-
16:26Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO)
-
16:17Prezidentin köməkçisindən açıqlama: Karantin sərtləşdirilir?
-
16:13Kremldən Qarabağ açıqlaması: Razılaşmanın pozulma təhlükəsi var?
-
15:54Azərbaycanda yoluxma yenidən 200-ü keçdi, ölənlər var
-
15:18Prezidentin mətbuat konfransı 4 saatdan çox davam edib (YENİLƏNİB/VİDEO)
-
14:41Rusiya Dövlət Dumasının komitə sədri: “Xocalı faciəsi mahiyyətcə soyqırımıdır”
-
13:46Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı
-
13:33Bakıda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
-
13:31Sabahın hava proqnozu
-
13:25Birinci-vitse prezidentinin köməkçisindən hərbçilərin maaşları ilə bağlı açıqlama
-
13:05Azərbaycan Prezidenti: “Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalını rəsmən soyqırımı kimi tanısın”
-
12:42Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız..."
-
11:53Prezident və birinci xanım “Ana harayı” abidəsini ziyarət etdi (YENİLƏNİB)
-
11:42Rza Deqqəti: "Qarabağ müharibəsində gördüklərimi unuda bilmirəm"
-
11:28İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi
-
10:05Vilayət Eyvazov polis mayoruna yeni vəzifə verdi
-
09:40Mehriban Əliyeva: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz"
-
09:16Xocalı soyqırımından 29 il ötür
-
17:07Azərbaycanda yoluxma kəskin azaldı, sağalanlar yoluxanları üstələdi
-
16:59Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü: Yaralılar var
26 Fevral 2021
25 Fevral 2021
Digər xəbərlər
-
Cəmiyyət, Fotolar, Vİdeo
Qubadlının Əfəndilər kəndinin görüntüləri (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO)
-
Cəmiyyət, Fotolar
60 hərbçidən Hadruta ilk girən Vətən Müharibəsi qazisi ilə bağlı Prezident və birinci vitse-prezidentə müraciət (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Vİdeo
Zəngilanın İkinci Alıbəyli kəndindən görüntülər (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Qaynari.nfo
Azərbaycanda zəncirvari qəza: 8 avtomobil toqquşub (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Vİdeo
Bakıda tikinti şirkəti vətəndaşın obyektini bir ildir qanunsuz dağıdıb və bərpa etmək istəmir (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo
Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir (FOTO/VİDEO
-
Cəmiyyət, Fotolar
16 qazi xaricə müalicəyə göndəriləcək (FOTOLAR)