Di Mariya PSJ üçün tibbi müayinədən keçdi

Di Mariya PSJ üçün tibbi müayinədən keçdi
"Mançester "Yunayted"in futbolçusu Anxel di Mariya yeni mövsümdən PSJ-də oynayacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı yarımüdafiəçi yeni klubu üçün Dohada tibbi müayinədən keçib.

Di Mariya Fransa klubunda oynayacağına görə sevindiyini deyib:

"Ötən mövsüm Fransada bütün kubokları qazanan komandada oynayacam. PSJ-nin əsas hədəfinin Çempionlar Liqasının kubokunu qazanmaq olduğunu bilirəm. Komandama kömək etmək üçün əlimdən gəəni edəcəm".

Qeyd edək ki, PSJ-nin yaxın günlərdə di Mariya ilə müqavilə imzalayacağı gözlənilir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti