Devid Kemeronun bəyanatı Avropa Komissiyasını qəzəbləndirdi

Devid Kemeronun bəyanatı Avropa Komissiyasını qəzəbləndirdi
Çində səfərdə olan Böyük Britaniyanın Baş naziri Devid Kemeron Çin liderlərinə Avropa Birliyi ilə Pekin arasında milyardlarla dollar dəyərində azad ticarət sazişinin imzalanmasına dəstək göstərəcəyini vəd edib. "Reuters" agentliyinin məlumatına görə, Çinlə Avropa Birliyi arasında mümkün sazişə dair müzakirələr Kemeronun 100-nəfərlik heyətlə indiyədək Çinə getmiş ən böyük Britaniya missiyasının gündəliyində əsas məsələ olub. Devid Kemeron Çin prezidenti Si Tszinpinlə görüşündə bildirib ki, Böyük Britaniya Çinlə ticarət sazişini digər Avropa Birliyi ölkələrindən daha çox istəyir. "Bəzi Avropa ölkələri Çinin qarşısında ticarət baryerləri qoymaq istəyir, biz isə bu baryerləri yıxmaq istəyirik" - deyə, Devid Kemeron bildirib. Britaniyalı nazirin bu nikbin bəyanatları Brüsseldə birmənalı qarşılanmayıb. Onun mövqeyi Avropa Komissiyasını qəzəbləndirib. Qurum 28 ölkədən ibarət Avropa Birliyinin ucuz Çin malları ilə dolub-daşmasına qarşı çıxdığını bəyan edib. "Bizim fikrimizcə, Böyük Britaniyanın bu sazişlə əlaqədar Çinlə müzakirələr aparması hələ ki, yetkin addım sayılmır" - deyə, Avropa Komissiyasının mətbuat nümayəndəsi Aleksandr Polak bildirib.//Anspress

Tərəfdaşların xəbərləri

Xəbər lenti