Devid Bekhem oğlu ilə birlikdə qəzaya düşdü - Fotolar

Devid Bekhem oğlu ilə birlikdə qəzaya düşdü - Fotolar
"Mançester Yunayted”, "Real” komandalarının və İngiltərə yığmasının keçmiş futbolçusu Devid Bekhem avtomobil qəzasına düşüb.


"Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, qəza Bekhemin 16 yaşlı oğlu Bruklini "Arsenal” futbol məktəbindən götürdüyü zaman baş verib. Şahidlərin sözlərinə görə, Bekhem digər maşınla toqquşma nəticəsində çiynindən zədə alıb. Bruklinin qəzadan xəsarətsiz ötüşdüyü bildirilir.

Qeyd edək ki, keçən il Devid Bekhem iki dəfə yol qəzasına düşüb. Qəzaların səbəbi kimi futbolçunun yol-hərəkət qaydalarına riayət etməməsi və sürət həddini aşması göstərilib.

ANN.Az


Tərəfdaşların xəbərləri

Xəbər lenti