Dərnəgül yolunda təmir işləri nə vaxt başa çatacaq?

Dərnəgül yolunda təmir işləri nə vaxt başa çatacaq?
Bakı şəhərinin Ziya Bünyadov prospektində (Dərnəgül şosesi) avtomobil yolunun yenidən qurulması ilə bağlı aparılan işlər çərçivəsində uzunluğu 9 km olan yol 60 metrə qədər genişləndiriləcək, həmçinin yol üzərindən 4 yerüstü piyada keçidi inşa olunur.«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Z.Bünyadov prospekti,3023-cü məhəllə ünvanında («Azpetrol» YDM yaxınlığında) inşa olunan yerüstü piyada keçidinin dayaqları artıq tikilib, aşırım qurğusu montaj olunub. Həmçinin, keçidin pilləkənləri quraşdırılıb və hazırda üzləmə işləri aparılır. «Bundan başqa, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında («Hyundai» avtoservisi qarşısında) və Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində yerləşən piyada keçidlərinin dayaq bünövrələri qoyulub. Hazırda dayaqları tikilir. Dördüncü - Aşqarlar Universiteti yaxınlığında yerləşəcək piyada keçidinin isə tikintisinin başlanmasına hazırlıq gedir», - deyə P.Mürsəliyev əlavə edib. «Azəryolservis» rəsmisi bildirib ki, Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və «Qələbə» kinoteatrı dairələrdən Böyük Şor yol qovşağına və əks istiqamətdə nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Qeyd edək ki, yolun genişləndirilməsindən sonra «Xutor» dairəsindən Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsinədək olan hissə təxminən 12 zolaqlı, sonrakı hissə isə 10 zolaqlı olacaq. Z.Bünyadov prospektində yenidənqurma işləri 2014-cü ildə yekunlaşacaq.     ANN.Az

Xəbər lenti