Deputat: "Azərbaycan dili söhbətinin ortaya atılması ordu rəhbərliyinə qarşı təxribatdır"

Deputat:
"Orduya qarşı kampaniya aparanlarla bağlı Azərbaycan qanunları çərçivəsində sərt tədbirlər görülməlidir".

Bunu Sonxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun fikrincə, ordu rəhbərliyinin Azərbaycan dilində yaxşı danışa bilməməsi məsələsinin ortaya atılması və bununla bağlı sosial şəbəkələrdə aparılan müzakirələr bir mərkəzdən idarə olunur: "Məqsəd orduya qarşı qəsdən kampaniya təşkil etməkdir".

F.Ağamalı vurğulayıb ki, Azərbaycan Ordu rəhbərliyi haqqında deyilən fikirlər yanlışdır:

"Düşünürəm ki, yetərincə dövlətimizə bağlı, istiqlalımıza sədaqətli olan, vətənpərvər ordu rəhbərliyini gözdənsalma kampaniyası aparılır. Bu, yalnız ermənilərin maraqlarına xidmət etməkdir. Bu mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxaranlar düşünülmüş, ya da düşünülməmiş şəkildə ermənilərin məqsədlərinə xidmət edən layihənin içərisindədirlər".

Deputatın fikrincə, bu, Müdafiə Nazirliyini gözdənsalma kampaniyasının tərkib hissəsidir:

"Buna qətiyyən yol vermək olmaz. Məsələni aydınlaşdırıb qanun çərçivəsində tədbirlər görmək lazımdır".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti