Dəmir yol infrastrukturunun inkişafının turizmə və ekologiyaya təsiri - MULTİMEDİA

Dəmir yol infrastrukturunun inkişafının turizmə və ekologiyaya təsiri - MULTİMEDİA
Dünyada ilk dəmiryolu xətti 1830-cu ildə İngiltərənin Liverpul və Mançestr şəhərləri arasında sərnişindaşıma ilə fəaliyyətə başlayıb. Bir şəhərdən digər şəhərə qısa vaxt ərzində xeyli sayda insanı daşıma imkanı bu nəqliyyat vasitəsinə marağı sürətlə artırdı. 1844-cü ildə artıq İngiltərədə dəmiryolu ilə daşınan sərnişinlərin sayı 23 milyon, 1854-cü ildə isə 79 milyon nəfərdən artıq olub. 

Hazırda dünya üzrə dəmiryolu xətlərinin uzunluğu 1 milyon kilometrdən uzundur. İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatının proqnozlarına əsasən, dəmiryolu ilə qlobal sərnişindaşıma 2050-ci ilə qədər hər il 3,7% hədlərində artmaqda davam edəcək. Bu sahədə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə gözlənilir.

Dəmiryolu infrastrukturu inkişaf etmiş ölkələrin şəhər nəqliyyatında önəmli yer tutur. Bu nəqliyyatın sərnişindaşımada əhəmiyyətli paya malik olması həmin ölkələrdə turizmin inkişafına da dolayı yolla təsir göstərir. Fransa, Belçika və Niderlandda sərnişindaşımada dəmiryolunun çəkisi 10% hədlərindədir.

Bəs dəmir yol infrastrukturunun inkişafı turizm imkanlarının genişlənməsində hansı faydalara malikdir? Azərbaycanda bu infrastrukturun möhkəmlənməsi turizmə töhfə verə bilərmi?

"MediaPost”un qonağı olan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, turizm sahəsi üzrə ekspert Samir Dübəndi dəmir yolu infrastrukturunun inkişafının turizmə təsirlərindən danışıb:


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti