Daha 3564 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Daha 3564 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib. 17 204 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə ümumilikdə 6 119 861 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 30 887 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti