Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir.

Ölkədə son sutka ərzində 2 228, hazırkı dövrədək isə 6 867 409 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 3 067 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 846 372, üç və daha çox doza vaksin vurduranların sayı 3 265 489, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 138 təşkil edir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti